Səudiyyə ərəbistanlı nazir: "Dünyada ilk neft quyuları Azərbaycanın ərazisində olub"

Səudiyyə ərəbistanlı nazir: "Dünyada ilk neft quyuları Azərbaycanın ərazisində olub"
İQTİSADİYYAT
17:14 18.03.2019
2714
"Bakıya səfərimdən çox məmnunam və əminəm ki, həmkarlarım da eyni hissi yaşayırlar. Azərbaycan paytaxtının həm qədim, həm də müasir arxitekturası var”.

"Report” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih deyib.

"Bir tərəfdə orta əsrlərə aid qala divarları olan "İçərişəhər”, o cümlədən Şirvanşahlar Sarayı, digər tərəfdə isə müasir üslubda inşa edilmiş Heydər Əliyev Mərkəzi yerləşir. Bu binanı Zaha Hadid layihələndirdiyi üçün mənə doğma gəlir. O, Mərkəzi Asiya və Yaxın Şərq arasında müasir əlaqədir. Mənim digər binalarda gördüyüm ərəb əlyazmaları isə bizim tarixi münasinətlərimizin sübutudur.

Azərbaycan təkcə təbii sərvətlərlə zəngin və qədim tarixi malik ölkə deyil, həmçinin müxtəlif mədəniyyətləri və sivilizasiyaları özündə birləşdirən, savadlı və dünyagörüşlü insanları olan məkandır. Bu ölkə Nizami Gəncəvi, Mirzə Fətli Axundov, Süleyman Rüstəm kimi şair və filosoflar, Leyla Məmmədbəyli, Lütfi Zadə kimi alimlər, Mstislav Rastropoviç kimi musiqiçi yetişdirib”, - deyə o qeyd edib.

"Azərbaycanın qədimdən kəşf olunmamış karbohidrogen ehtiyatları ona "Odlar Diyarı” adının verilməsinə səbəb olub. 19-cu əsrdə bura dünyanın ilk neft quyularının olduğu ərazi idi və həmin dövrdə Azərbaycanda neft istehsalının həcmi dünya üzrə istehsalın yarıdan çoxunu təşkil edirdi.

Əminliklə deyə bilərəm ki, Azərbaycan və zəngin Xəzər dənizi olmasaydı, dünyanın əsas nef-qaz hövzəsi bu gün bu cür ola bilməzdi. Bu ehtiyatlar təbii olaraq Azərbaycan xalqını OPEC+-lə bağlayır və mən şadam ki, OPEC+ liderlərinin əksəriyyəti bu bağlılığı daha da gücləndirmək üçün bu gün bu iclasda iştirak edir. Biz neft-qazın Azərbaycan xalqının rihafı üçün necə vacib olduğunu və bu ölkənin gələcək planlarının həyata keçirilməsində oynadığı rolu anlayırıq, - deyə nazir bildirib.

"Biz birlikdə hərəkət etdiyimiz qədər heç vaxt güclü olmuruq. OPEC və başda Rusiya olmaqla qeyri-OPEC ölkələrinin birgə səyləri bizim geniş ailənin, o cümlədən Azərbaycanın iqtisadi çiçəklənmə mənbəyi olaraq qalır.

Ümid edirəm ki, siz hamınız bu günki yeməklərindən və Azərbaycanda əylənməkdən həzz alacaqsınız. Təşəkkür edirəm”, - deyə Xalid Əbdüləziz Əl Falih çıxışını yekunlaşdırıb. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: “Mən olanı demişəm”
16:47 15.08.2025
Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: “Mən olanı demişəm”
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
16:40 15.08.2025
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib