Şevçenko son 12 gündə ikinci dəfə koronavirusa yoluxdu

Şevçenko son 12 gündə ikinci dəfə koronavirusa yoluxdu
İDMAN
23:47 09.01.2022
314
İtaliyanın "Cenoa" klubunun baş məşqçisi Andrey Şevçenko son 12 gündə ikinci dəfə koronavirusa yoluxub. 

Bu dəfə ukraynalı mütəxəssisin COVID-19 testi hazırda "Spetsiya" ilə davam edən A Seriyasının XXI tur oyunu ərəfəsində müsbət çıxıb.

Nəticədə Şevçenko qarşılaşmada iştirak edə bilməyib. Onun yoxluğunda "Cenoa"ya texniki zonadan təlimatları köməkçisi Mauro Tassotti verir. 

46 yaşlı baş məşqçi ilk dəfə dekabrın 28-də "Sassuolo" ilə 1:1 hesablı heç-heçə etdikləri XX tur matçından əvvəl infeksiyaya yoluxub və təcrid olunub. 

Qeyd edək ki, 20 oyundan sonra "Cenoa" 12 xalla 19-cu yerdə gedir.
OXŞAR XƏBƏRLƏR