Əfqanıstanda dünyanı şoka salan növbəti hadisə baş verib.
AZXEBER.COM-un məlumatına görə, ailəsi tərəfindən zorla 60 yaşlı kişiyə ərə verilən qız sevdiyi oğlanla qaçmağa məcbur olub. Əfqanıstandan Pakistana qaçan gənclər yolda polis tərəfindən saxlanılaraq ailələrinə təhvil verilib.
Qızın qardaşı bu hadisənin ardından azyaşlının üzünə 15 dəfə balta ilə zərbə endirib. Qızın yalvardığını görən qardaş, hadisə yerindən qaçıb.
Həkimlərin müdaxiləsi ilə ölümdən dönən qızın üzündə dərin yara izləri qalıb.