Böyük sevgi yağışına hazır olun.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə türkiyəli astroloq Dinçer Güner bildirib.
O, öz paylaşımında 12 bürc üçün xəbərdarlıq edib:
"Subay və hətta namizədi olmayanlar üçün bu xəbər sizin üçündür! Növbəti 4 gün sevgi, romantika, flört etmək, romantik görüşlər üçün əla vaxtdır. Bəyəndiyiniz biri varsa, ona yazın.
Partnyoru olanlar üçün də bu dönəmlər hədiyyələrlə dolu dövr olacaq.
Bu günlərdə yeni paltarlar ala, saçlarınıza forma verə, xarici görünüşünüzə kiçik toxunuşlar edə bilərsiniz.
Yaradıcılıqla məşğul olanlar, indi növbə sizdədir. İndi ilham pəriləri ətrafınızda uçuşmağa başlayır. Ən kreativ və məhsuldar işinizi məhz bu zaman yarada bilərsiniz".
Oksana