Sevgilisinə mesaj yazdığı üçün qardaşını və sevgilisini bıçaqladı

DÜNYA
11:50 29.01.2013
2579

AZXEBER.COM-un verdiyi məlumata görə, buna səbəb Erdal Kaya adlı şəxsin sevgilisinin telefonuna öz qardaşından gələn mesajı görməsi olub.

Onun bildirdiyinə görə özündən böyük olan qardaşı Doğan K. və birlikdə yaşadığı sevgilisi Handan D.-nın bir-birinə yazdığı səmimi sms-ləri oxuduqda qəzəblənib. Erdal əvvəlcə sevgilisini 6 yerdən bıçaqlayıb. Daha sonra qardaşının yanına gedərək ona 3 bıçaq zərbəsi endirib və qaçıb. Daha sonra polis tərəfindən tutulan Erdal Kaya hazırda mühakimə edilir. Yaralıların isə həyati təhlükəsinin olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR