05:09 Bazar Günü, 21 Oktyabr 2018
GƏNCLİK

“Səyahət insanı cavan saxlayır” - Fuad Əsgərov

14:44, 27.07.20184808
“Səyahət insanı cavan saxlayır” - Fuad Əsgərov
 "Büdcənizə qənaət etməklə dünyanı necə gəzə bilərsiz?” adlı təlim keçirilib
 
AZXEBER.COM xəbər verir ki, "Səyahət insanı cavan saxlayır və dünyaya baxış bucağını tam dəyişir” bu sözləri 24 iyul tarixində Gürcüstanda gəncələrin təhsili və fərdi  inkişafı istiqamətində fəaliyyət göstərən "İnkişaf və Təlim Mərkəzi”nin  təşkil etdiyi  "Büdcənizə qənaət etməklə dünyanı necə gəzə bilərsiz?” adlı təlim programında  səyahəti  həyatının ayrılmaz hissəsi kimi yaşayan təlimçi Fuad Əsgərov vurğulayıb.  

Təlim Kvemo Kartli bölgəsinin Dmanisi munisipalitetində baş tutan və bir neçə saat davam edən təlimdə gənclərə  az pulla bir necə ölkəyə getməyin yolları izah olunub, təlimçi tərəfindən praktik misallar təqdim edilərək  ekstrimal şəraitdə həyatda qalma üsullarını öyrədilib.  Yekunda gənc rəssam Günel Zeynalovanın köməkliyi ilə gənclər təbii resurslardan istifadə edərək komanda halında əl işləri təqdim ediblər. 

Qeyd edək ki, Əsgərov Fuad  29 ölkəyə səfər etdib. 
 

 

 


XƏBƏR LENTİ