Müğənni Şöhrət "Rəngarəng" verilişində qonaq olub.
AZXEBER.COM xəbər verir ki, sənətçi həmkarı Zamiq Hüseynovun ünvanına təriflər yağdırıb.
Hətta Şöhrət Zamiqi özündən belə yüksəkdə görərək onun daha savadlı müğənni olduğunu bildirib:
"Zamiq daha populyar, daha çox gündəmdə və məndən də savadlı müğənnidir. Şou-biznesi Zamiqsiz təsəvvür etmək olmz. O, başqa sahədə də çalışsa, belə uğurlu insan olardı. Hətta mən toy etsəydim və qarşımda iki seçim olsa idi, mən toyumun idarəsini məhz Zamiqə həvalə edərdim. Bunu mən əminəm ki, bir çox sənətçi də təsdiqləyər".
Aysel










































