AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, son bir il ərzində onlarla belə şikayət işıqlandırılıb.
Fərqli şirkətlər, fərqli şəxslər amma eyni vədlərlə aldadılan şəxslərin sayı xeyli artıb.
Nəzərə alsaq ki, xaricdən avtomobil sifariş verdikdə bu daxili bazardan ucuz başa gəlir elə buna görə də tələbat da var.
Bəs aldadılmamaq üçün nə etmək lazımdır?
Belə şəxslərə minlərlə manat pulu verib, aldadılmamaq üçün isə ilk növbədə alış-verişi rəsmi həyata keçirmək əsas şərtdir.
Mütəxəsislər bildirirlər ki, müqavilə olmadan pul verməmək, şirkətin qeydiyyatını yoxlamaq, bank köçürməsi ilə bağlı qəbz tələb etmək və 100 faiz əvvəlcədən ödəniş etməməkdə fayda var.










































