Şimali Koreya yenidən raket düyməsini basdı

Şimali Koreya yenidən raket düyməsini basdı
DÜNYA
13:37 23.04.2024
112
Şimali Koreyanın Yapon dənizinə doğru atdığı ballistik raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, nüvə silahları və ballistik raket proqramını tam sürətlə davam etdirən Şimali Koreya bölgədə gərginliyi artıracaq daha bir addım atıb.

Yaponiya Sahil Mühafizə Qüvvələrindən verilən açıqlamada Pxenyanın yerli vaxtla saat 15:03-də Yapon dənizinə doğru ballistik raket atdığı bildirilib.

İlkin tapıntılara əsasən, raketin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyü qeyd edilib. Yaponiya hökuməti məlumat toplamaq və zərəri qiymətləndirmək üçün Baş Nazirlikdə böhran masası yaradıldığını açıqlayıb.

Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimali Koreyanın naməlum tipli ballistik raket atdığı və ətraflı təhlil işlərinin davam etdiyi bildirilib.

Şimali Koreya sonuncu dəfə aprelin 19-da "Hvasal-1 Ra-3” strateji qanadlı raket üçün nəzərdə tutulmuş super böyük döyüş başlığına malik "Pyoljji-1-2” adlı yeni tipli zenit-raket kompleksini uğurla sınaqdan keçirdiyini açıqlamışdı. Pxenyanın bu addımı Koreya yarımadasında və ətrafında təhlükəsizlik narahatlığını artırıb.
 
Nəzrin
OXŞAR XƏBƏRLƏR