06:16 Bazar Günü, 08 Dekabr 2019
KRİMİNAL

Şirvanda maskalı şəxs mağazadan oğurluq edib

14:38, 02.12.20131153
Şirvanda maskalı şəxs mağazadan oğurluq edib

Şirvan şəhərində maskalı şəxs mağazadan oğurluq edib, oğurluq kadrları təhlükəsizlik kameralarına düşüb.

Naməlum şəxs gecə saat 2.45-də Şirvan sakini Abıyev Şamil Famil oğluna məxsus, Şirvan şəhəri Xəqani küçəsi-88 ünvanında yerləşən mağazaya girərək oradan 437 manat pul, danışıq kartları və digər əşyalar oğurlayıb. Ümumilikdə mağazadan 1100 manatlıq mal oğurlanıb. Oğrunun mağazaya girməsi təhlükəsizlik kameralarına düşüb. Kameranın görüntülərində maskalanmış şəxsin mağazaya girməsi, kassadan pulu və digər əşyaları götürməsi və mağazadan çıxması aydınca görünsə də, onun kimliyi hələlik məlum deyil.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət işi açılıb, oğurluq edən şəxsin və ya şəxslərin axtarışları davam edir.(APA)

XƏBƏR LENTİ