Fərid Şahbazlı: "Prezident İlham Əliyevin sərəncamı mətbuatın dövlətçilik ideologiyasındakı rolunu möhkəmləndirir"
"Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə bağlı imzaladığı sərəncam, öz mahiyyətinə görə, təkcə tarixi bir hadisənin qeyd olunması ilə məhdudlaşmır, həm də milli informasiya məkanında strateji-mədəni konturların yenidən müəyyənləşdirilməsinə xidmət edən kompleks sənəd kimi çıxış edir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan "Əki...