Siyavuş Novruzova ağır itki üz verdi

Siyavuş Novruzova ağır itki üz verdi
SOSİAL
17:06 15.10.2021
1229
Bakı Dövlət Universitetinin (BDU) müəllimi, filologiya elmləri doktoru, professor Məmmədəli Novruzov vəfat edib.

AZXEBER.COM-a məlumata görə, bu barədə "Report"a mərhum professorun qızı məlumat verib.

Onun sözlərinə görə, atası M.Novruzov 65 yaşında uzun sürən şəkər xəstəliyindən dünyasını dəyişib.

M.Novruzov BDU-nun Türkologiya kafedrasında çalışırdı.

Qeyd edək ki, M.Novruzov 1956-cı il martın 28-də Naxçıvanın Babək rayonunun Cəhri kəndində doğulub. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil alıb.

1985-ci ildən BDU-nun Türkologiya kafedrasında baş müəllim, dosent işləyib, 2006-cı ildən isə universitetin professoru idi.

Xatırladaq ki, M.Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşıdır.
 

 


OXŞAR XƏBƏRLƏR