Anarın vəfatından sonra onun şəxsi "Facebook" səhifəsinə ziyarətçi axını olub. Dostları Anarı unutmayacaqlarını bildiriblər. Amma bununla yanaşı bəzi şəxslər Anar Məmmədxanov haqda xoşagəlməz statuslar yazıblar. Bu şəxslərə ən gözəl cavab APA-nın baş direktoru, lent.az-ın təsisçisi Vüsalə Mahirqızından gəlib. O, həmin şəxslərə aşağıdakı cavabı yazıb:
"Anar Məmmədxanovu itirməklə üçazyaşlı atasız qaldı, mən də daxil olmaqla bir qrup insan dost itirdi, Azərbaycan elitası çox parlaq nümayəndəsini itirdi, Azərbaycan adını dünyaya tanıdan azsaylı ziyalılardan birini itirdi, Azərbaycan səhnəsi ciddi və düşündürücü gülüşün kapitanını itirdi. Anar ölümüylə belə hadisə yaratdı. Son mənzilinə gedərkən belə, onu çəkə bilməyib, arxasınca danışanlar var. Lütfən, etməyin! Siz tənqidin nə olduğunu bilməyəndə Anar tənqid edirdi!"