SOCAR büdcə ödənişini 199 milyon manat artırıb

İQTİSADİYYAT
09:30 17.12.2013
1245

Bu ilin yanvar-noyabr aylarında büdcəyə Dövlət Neft Şirkəti tərəfindən 1 milyard 487 milyon 412 min manat vəsait ödənib.

AZXEBER.COM quruma istinadən xəbər verir ki, bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 199 milyon 509 min manat və ya 15,5 faiz çox olub.İlin 11 ayında Dövlət Neft Şirkətinin büdcəyə ödədiyi məbləğin 163 milyon 344 min manatı noyabr ayının payına düşüb.Bu da ötən ilin noyabr ayına nisbətən 35 milyon 346 min manat və ya 127,6 faiz çox olub.Bundan əlavə, şirkət tərəfindən ilin yanvar-noyabr aylarında Dövlət Sosial Müdafiə Fonduna ödəniş 147 milyon 765 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-noyabr aylarına nisbətən 3 milyon 198 min manat və ya 102,2 faiz çox olub.Noyabr ayında isə SOCAR Dövlət Sosial Müdafiə Fonduna 14 milyon 275 min manat vəsait köçürüb. Bu, ötən ilin noyabr ayına nisbətən 1 milyon 285 min manat və ya 109,9 faiz çox olub.

OXŞAR XƏBƏRLƏR