SOCAR Böyük Qafqazın cənub-qərbində seysmik kəşfiyyat işlərini yekunlaşdırıb

İQTİSADİYYAT
17:00 29.12.2013
1397

Dövlət Neft Şirkətin Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İdarəsi Böyük Qafqazın cənub-qərb ətəklərində regional geoloji quruluşu dəqiqləşdirmək məqsədilə ikiölçülü (2D) seysmik kəşfiyyat işlərini başa çatdırıb.

AZXEBER.COM şirkətə istinadən xəbər verir ki, “ConocoPhillips” şirkəti ilə müqavilə əsasında aparılmış seysmik kəşfiyyat çöl işlərinə bu ilin may ayında başlanılıb.Azərbaycanın on bir rayonunu əhatə edən, mürəkkəb yerüstu şəraiti ilə səciyyələnən tədqiqat sahəsində 777,4 xətti kilometr uzunluğunda 12 profil xətti üzrə yerinə yetirilmiş seysmik işlər ətraf mühitin qorunması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına tam riayət olunmaqla aparılıb.Əldə edilmiş materiallar sifarişçiyə - “ConocoPhillips” şirkətinə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR