04:22 Bazar Ertəsi, 16 Sentyabr 2019
SOSİAL

SOCAR Mənsimovun vurulan gəmisi ilə bağlı açıqlama verdi: "Heç bir əlaqəsi yoxdur"

14:54, 15.08.20194521
SOCAR Mənsimovun vurulan gəmisi ilə bağlı açıqlama verdi:

"Palmali” şirkətlər qrupuna məxsus "Mammad Amin Rasulzade” gəmisi ilə toqquşan "Doric Warrior” adlı gəminin "SOCAR Ukraine” şirkəti ilə heç bir əlaqəsi yoxdur.

AZXEBER.COM xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O qeyd edib ki, sözügedən hadisəni SOCAR-la əlaqələndirmək iddiaları tamamilə həqiqətdən uzaq və mənasız təxribatdır: "Bunu Azərbaycana qarşı yönəldilmiş tamamilə həqiqətdən və məntiqdən uzaq olan, mənasız təxribat kimi dəyərləndiririk”.

Qeyd edək ki, ötən gün "Palmali"yə məxsus "Mammad Amin Rasulzade”  gəmisi limanda durduğu yerdə başqa gəmi tərəfindən vurulub. Nəticədə gəminin bir hissəsinə zərər dəyib. Sosial şəbəkədə yayılan bir digər məlumata görə isə, "Mammad Amin Rasulzade” gəmisi ilə toqquşan "Doric Warrior” adlı gəmi "SOCAR Ukraine” şirkətinin məhsullarını daşıyırmış. 
XƏBƏR LENTİ