"SOCAR Turkey"-dəki işdən çıxarmalar Fətullah Gülənlə əlaqədardır? -AÇIQLAMA

"SOCAR Turkey"-dəki işdən çıxarmalar Fətullah Gülənlə əlaqədardır? -AÇIQLAMA
İQTİSADİYYAT
11:55 28.07.2016
1982
"SOCAR Turkey" bəzi KİV-də şirkətdə bir sıra şəxslərin tutduğu vəzifədən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Şirkətdən “Report”a bildirilib ki, "SOCAR Turkey"də baş verən kadr islahatlarının qardaş ölkədə dövlət çevrilişinə cəhdin ardınca başlanan işdən çıxarılmalar və həbslərlə heç bir əlaqəsi yoxdur.
“Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişi cəhdindən dərhal sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi qardaş ölkəyə dəstəyini ifadə edib. Belə ki, SOCAR prezidenti Rövnəq Abdullayev “Anadolu” agentliyinə müsahibəsində şirkətin Türkiyəyə güvəninin tam olduğunu, bu ölkədəki bütün yatırımlar və layihələrin tam sürəti ilə davam etdiriləcəyini vurğulamışdı. Rövnəq Abdullayev qeyd edib ki, SOCAR Türkiyədə həyata keçirdiyi ümumi məbləği 18 milyard dollardan çox olan və aralarında Avropanın enerji ehtiyacını qarşılayacaq investisiyaların da olduğu layihələri tam gücü ilə, bütün sürəti ilə davam etdirəcək, Türkiyədə özəl sektorun inşa etdiyi ilk neft emalı zavodu olan "STAR" da 2018-ci ildə tamamlanaraq istehsala başlayacaq”, - deyə "SOCAR Turkey"dən bildirilib.
Həmçinin qeyd olunub ki, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, "SOCAR Turkey"in İdarə Heyətinin sədri Vaqif Əliyev də “Anadolu” agentliyinə açıqlamasında təmsil etdiyi şirkətin Türkiyədə birbaşa və dolayısı ilə 40 min nəfərlik ailəni təmsil etdiyini bildirib: “Vaqif Əliyev qeyd edib ki, logistika sahəsində də Egey bölgəsinin ən böyük konteyner limanı SOCAR tərəfindən çox qısa müddət ərzində istifadəyə veriləcək. Vaqif Əliyev bəyan edib ki, şirkətin Türkiyənin yeganə neft-kimya istehsalçısının "Petkim"dəki fəaliyyəti də qardaş ölkəyə və onun iqtisadiyyatına etibarın simvoludur. Ümumilikdə, SOCAR rəsmiləri öz bəyanatlarında vurğulayıblar ki, hərbi çevriliş cəhdləri bütün demokratik ölkələr üçün qətiyyən qəbuledilməzdir. Şirkət rəsmiləri Türkiyə Respublikası hökuməti və milləti ilə birlik və bərabərlik içində dost və qardaş ölkənin daha böyük uğurlara çatacağına ürəkdən inandıqlarını vurğulayıblar”.
"SOCAR Turkey" KİV-də şirkətin ixtisarlar aparmasının səbəbləri ilə bağlı dərc edilən xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb: “Bildiyiniz kimi, bu ilin aprel ayında "SOCAR Turkey" rəhbərliyində dəyişiklik baş verib. Təbii ki, "SOCAR Turkey"in yeni rəhbərliyi tərəfindən şirkətin fəaliyyətinin gücləndirilməsi məqsədi ilə işçi heyətdə müəyyən dəyişikliklərin edilməsi gözləniləndir. Bu məsələ qətiyyən başqa formada şərh olunmamalıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
22:29 24.04.2025
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
Harvard demokratiya üçün təhlükədir - Tramp
22:14 24.04.2025
Harvard demokratiya üçün təhlükədir - Tramp
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
22:10 24.04.2025
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
İntihara cəhd edən qazinin son durumu açıqlandı
21:53 24.04.2025
İntihara cəhd edən qazinin son durumu açıqlandı
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
21:50 24.04.2025
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
21:40 24.04.2025
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Siyəzəndə kişi küçədə infarktdan öldü
21:32 24.04.2025
Siyəzəndə kişi küçədə infarktdan öldü
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
21:10 24.04.2025
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
21:03 24.04.2025
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
20:47 24.04.2025
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
20:39 24.04.2025
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
20:30 24.04.2025
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
20:23 24.04.2025
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
Türkiyədə ağır yol qəzası olub, 11 nəfər yaralanıb
20:16 24.04.2025
Türkiyədə ağır yol qəzası olub, 11 nəfər yaralanıb
Sumqayıtda 70 yaşlı kişinin meyiti tapılıb
20:07 24.04.2025
Sumqayıtda 70 yaşlı kişinin meyiti tapılıb
Mahsun xəstəxanaya yerləşdirildi
19:59 24.04.2025
Mahsun xəstəxanaya yerləşdirildi