2013-2018-ci illərdə Azərbaycanın inkişafının prioritetlərini seçərkən məruz qaldığımız itkilər və əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi vacibdir.
Yeni inkişaf modelinin seçilməsi bu təcrübəyə əsaslanmalıdır.Buna əsasən son 10 ili Azərbaycanın intibah illəri kimi səciyyələndirə bilirik.AZXEBER.COM xəbər verir ki, bunu bu gün keçirilən “Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru” konfransında maliyyə naziriSamir Şərifovsöyləyib.S.Şərifov deyib ki, Azərbaycan son 10 ildə xaricdən investisiya alan ölkədən xaricə investisiya yatıran ölkəyə, kosmosa peyk çıxaran ölkəyə çevrilib.Maliyyə naziri qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb.“10 il ərzində əmək haqqları 6,4, pensiyalar 8,6 dəfə artıb, yoxsulluq 50 faizdən 6 fatzə enib.Ölkənin valyuta ehtiyatları isə 50 milyard dollara çatıb”.S.Şərifov 2013-cü il üçün büdcə qanununda xərclərin 20 milyard nəzərdə tutulduğunu, 2003-2013-cü illərdə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlarrın əməkhaqqlarının artırılması üçün 12 dəfə fərman və sərəncam imzalandığını, pensiyaların baza hissəsinin indeksləşdirilməsi üçün 8 sərəncam verildiyini qeyd edib.O, “Azərbaycan 2020: İnkişaf Konsepsiyası”nın qeyri-neft sektorunun inkişafını, sənayeləşmənin sürətləndirilməsini, nəzərdə tutduğunu söyləyib.“İnkişaf Konsepsiyasında 2020-ci ilə qədər ümumdaxili məhsulun (ÜDM) 2 dəfə artırılması, Azərbaycanın yüksək insan inkişafı ölkələri sırasına daxil olması qarşıya məqsəd qoyulub.2012-ci ildə Azərbaycanın ÜDM istehsallına görə 69-cü yerə, adambahşına düşən ÜDM-ə görə 78-ci yerldə qərarlaşıb. Hazırda Azərbaycanın xarici borcu ÜDM-ə nisbətdə 8,3 faizdir”.Onun sözlərinə görə, təhsil və səhiyyə sektorunda çalışanların əməkhaqqlarının orta aylıq əməkhaqqı səviyyəsinə çatdırılması planlaşdırılır.