Son dəqiqə! "Xəzər" TV-də fövqəladə iclas keçirilir

MARAQLI
10:38 08.04.2011
2053

Qeyd edək ki, Milli Məclisin vitse-spikeri Bahar Muradova “Xəzər” telekanalının xəbər aparıcılarını tənqid atəşinə tutub. “Oradakı aparıcıların süjet arxasındakı danışıqları xüsusilə qəbul edilməzdir. Heç bir dilin, hətta yapon, Koreya dilinin də belə intonasiyası yoxdur. İntonasiyada o qədər aqressiya var ki, xəbərdən şou düzəldilir. Bu yaradılan şou, xüsusilə də qəza hadisələri ilə yaradılan şoular nəinki uşaqların, hətta böyüklərin də psixikasına təsir edir. Elə haray-həşir qoparırlar ki, elə bil dünya dağılıb. Tələb edirəm ki, müvafiq qurumların rəhbərləri, bu işə cavabdeh olan şəxslərdən, xüsusilə də MTRŞ-dən, hansı ki, qanunla onun üzərinə səlahiyyət düşür, bununla bağlı müvafiq araşdırma aparsınlar” - deyə vitse-spiker vurğulayıb.

OXŞAR XƏBƏRLƏR