Son dəqiqə! Yazıçı Rafiq Tağı bıçaqlandı

Son dəqiqə! Yazıçı Rafiq Tağı bıçaqlandı
Bütün Xəbərlər
23:59 19.11.2011
2222
Ona kürəyindən və boynundan zərbələr endirən naməlum şəxslər qaça biliblərBir az əvvəl Rafiq Tağı işdən çıxarkən bıçaqlanıb. APA-nın xəbərinə görə, bu barədə kulis.az saytı məlumat yayıb.  Məlumata görə, naməlum şəxslər ona dayanacaqda hücum edərək, boynundan və kürəyindən bir neçə bıçaq zərbəsi endirirək qaçıblar. Rafiq Tağı isə çox halsız olduğu üçün hadisə barədə geniş məlumat verə bilməsə də, faktı təsdiq edib. O, sayta təcili yardım maşınında olduğunu bildirib. Rafiq Tağının qardaşı isə APA-ya açıqlamasında hazırda yazıçının 1 saylı Təcili Tibbi Yardım Mərkəzində olduğunu, çox qan itirdiyindən vəziyyətinin kəskinləşdiyini bildirib. *** Saat. 23.39
Hazırda kulis.az-ın baş redaktoru Qan Turalı və əməkdaşı Elmin Həsənli xəstəxandadır. Onların məlumatına görə, indi Rafiq Tağının üzərində cərrahiyyə əməliyyatı aparılır. Ailə üzvləri yazıçının 5-6 bıçaq zərbəsi aldığını, zərbələrdən birinin boynuna, qalanlarının isə kürəyinə saplandığını bildiriblər. Yazıçı çox qan itirdiyindən ailə üzvləri ona qan veriblər. Həkimlərin ilkin məlumatına görə, bıçaq zərbələri daxili orqanları zədələməyib. Hadisə ilə bağlı polis məlumatlandırılıb.   
OXŞAR XƏBƏRLƏR