08:19 çərşənbə Axşamı, 13 Noyabr 2018
İDMAN

"Son dəqiqədə qol buraxacağımızı gözləmirdik" - Akira Nisina

12:58, 03.07.20183106
Qələbə qazanmaq istəyirdik. Güclü komandayıq və Belçikaya qarşı yaxşı oynayacağımıza inanırdım. Oyuna yaxşı başlamışdıq, amma son dəqiqədə gözləmədiyimiz qol buraxdıq.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu sözləri Yaponiya millisinin baş məşqçisi Akira Nisina DÇ-2018-in 1/8 finalında Belçikaya 2:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Hesab 2:0 olduğu zaman 1 qol daha vura biləcəyimizə inandım və oyunumuzu dəyişdirmədim. Qol imkanlarımız da olu. Bir az daha ehtiyatlı oynamağa başladığımız zaman isə Belçika əsl oyununu nümayiş etdirdi" - deyə o bildirib.

A.Nikisina son dəqiqədə qol buraxacaqlarını gözləmədiklərini söyləyib:

"Son dəqiqədə nə mən, nə də oyunçularım belə bir hücumla qol buraxacağımızı gözləmirdik. Top bir neçə saniyəyə qapımıza gəldi".
XƏBƏR LENTİ