Türkiyənin İstanbul şəhərinin Beyoğlu meydanında şortlarını aşağı çəkərək bir-birinin şəklini çəkən iki şəxs polis qrupları tərəfindən saxlanılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, həmin iki şəxsin cib telefonları ilə lentə alınan görüntülərin ətrafdakılar tərəfindən sosial mediada paylaşılmasından sonra İstanbul Polis İdarəsi araşdırmaya başlayıb.
Araşdırmada Y.İ. və M.M (şərti ad) Beyoğluda qaldıqları oteldə saxlanılıblar.
İfadələrində sərxoş olduqlarını və əyləncə məqsədilə bu hərəkəti etdiklərini bildirən iki şəxsə qarşı "ədəbsiz hərəkət” və "seksual qısnama” maddələri ilə cinayət işi açılıb, həbs ediliblər.
Mikayıl