04:00 çərşənbə, 24 Iyul 2019
SOSİAL

Sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanıb

13:37, 19.06.20193962
Sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanıb

Əkbər Qoşalı 

Bu ilin mart ayının 1-dən respublikamızda minimum əməkhaqqı 180 manat oldu; o vaxt mi­nimum əməkhaqqının məbləği 50 manat, başqa sözlə, 38,5 faiz artırılmış, minimum əmək­haqqının artımı birbaşa 600 minədək (!) insanı əhatə etmişdi. ( -Onlardan dövlət sektorunda işləyən 450 min (!) nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərçünsə 25 faiz artım olmuşdu.) Hələ bu ilin birinci artımı günlərində, rəsmi olaraq vurğulanırdı ki, bu vacib - sosial önəm daşıyan addım, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması yönündə sağlamlaşdırıcı təsirə malikdir.

Zarafat deyil, son 15 ildə Azərbaycanda əməkhaq(lar)ı 7, minimum əmək haq(lar)ı isə 6,5 də­fə artırılıb. (Yeri gəlmişkən, dövlət sektoru ilə yanaşı, özəl sektoru da hər dəfə vurğulayarkən, onu da xatırladaq ki, işçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara döv­lətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qada­ğandır.)

Bir sözlə, 2019-cu ilin əvvəlində sosial sahədə atılan addımlardan və dövlət başçımızın im­za­ladığı yeni "sosial zərf" bu yöndə həyata keçirilən siyasətin davamlılığını, silsilə xarakterini, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasətinin məntiqiliyini, uğurlu so­sial dövlət modelini göstərməkdədir.

Budur, Azərbaycan Prezidentinin yeni sərəncamları elan olunub. Sərəncamlar:

- minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasını;

- dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz artırılmasını;

- hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz artırılmasını;

- dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan (bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan) müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılmasını;

- dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılmasını nəzərdə tutur.

Bəli, müstəqil respublikamızın tarixində ilk dəfə olaraq, bir il içində, hətta yaxın aylar ərzində minimum əməkhaqqı və ümumən əməkhaqqı önəmli dərəcədə artırıldı.

Bəri başdan bir məsələyə də deyinək, sonra ya gec olmasın ya da yaddan çıxmasın: Bu əməkhaqqı artımı enerji daşıyıcılarında, bazarda, nə bilim, kənd təsərrüfatı məhsullarında, xaricdən alınan ərzaqlarda, xidmət sektorunda bahalaşmaya səbəb olacaqmı? - sualını nəzərdə tuturam; deyirəm ki, hökümət əhalinin enerji daşıyıcılarından istifadə ilə bağlı məlum limitini qaldırırsa, gedişatdan işiğın, suyun limitinin qaldırılacağı gözlənirsə, bir təhlilçi dostumuzun sözü ilə desək, "ən əsası, bu xərcləmələr şişmiş milyardlıq kölgə iqtisadiyyatının əridilməsi hesabına həyata keçirilməsi ilə müşayiət olunur"sa... və s. o zaman, dediyimiz sual sual müs­təvisindən çıxarıla bilər. Açığı, bu sualçıxarmada ən əsas istinadgahımız məhz Prezidentimizin atdığı inqilabi addımlar, imzaladığı səndələrin fəlsəfəsi, ruhudur! Bəlkə, bu ilin sonunda, bəlkə gələn il, daha bir möhtəşəm addım atılb da, minimum əməkhaqqı məbləği, məsələn, 340 manat olarsa, heç təəccüb­lənmərəm. Çünki dövlət baba, şəxsən, dövlət başçımız canayaxın, xəlqi, sosialyönümlü yanaşmaları, addımları ilə xalq üçün ən yaxşısına, ən layiqlisinə çalışır, çalışır...

***

Beləliklə, nələri fərqləndirə bilərik?

Respublikamızda əhalinin sosial müdafiəsinin gücləndirilmısi yönündə genişmiqyaslı tədbirlər davam etdirilir;

Prezidentin imzaladığı "sosial zərf" bu yöndə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə xarakter almış tədbirlərin növbəti mərhələsidir;

Bu, "sosial zərf"in təsir dairəsində olan vətənşalarımızın sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir;

Ard-arda iki dəfə eyni yöndə sərəncam imzalanması, dövlət başçımızın "nəyi, harda, nə vaxt və necə (icra) etməli?" sualına ən olumlu cavab dəyərindədir;

Bu sərəncamın təsirlərini, sosial müdafiəyə ehtiyacı olan ailələrin tam əskəriyyəti, necə deyərlər, öz cibində hiss edəcək;

Sərəncam sentyabrdan qüvvəyə minəcək, bu da o deməkdir ki, o vaxtadək zəruri sənəd­ləşmələr, normativlər, aktlar və b. məsələlər tam qayadsına salınacaq, əhali ge­cik­mə olmadan artımlarla təmin olunacaq;

Yeni "sosial zərf" əhalinin rifahına ciddi dəstək tədbirlərinin uğurla davam etməsinə, so­nuc etibarilə ölkədə ümumi rifah halının yüksəldilməsi sahəsində ardıcıl irəliləyişlərə imkan verəcək;

2019-cu ilin əvvəlindən etibarən qəbul edilmiş belə qərarlar, qlobal iqtisadiyyatda baş verən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini ən aşağı səviyyədə saxlamaq, mümkün miqdarda sıfırlamaq imkan verimişdisə, yeni sərən­cam­larsa əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yara­dacaq;

Əməkhaqlarının önəmli dərəcədə artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir et­məklə, iqtisadi aktivliyin, pul-təadvül dövriyyəsinin daha da artmasına öz töhfəsini ve­rə­cək;

Habelə, deyilənlərlə yanaşı:

İqtisadi sahədə əldə edilmiş uğurların sosial sferaya keçidi. daşınması dövlət başçısmızın açıqladığı sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, cari ilin əvvəlindən başlayaraq vətəndaşlarımızın sosial təminatını önəmli ölçüdə artırmaqdadır;

Büdcə gəlirlərinin daha artıq məbləğdə təmin edilməsi, sosial sahədə islahatların dərin­ləşməsi üçün münbit şərait yaratmaqdadır;

Prezident özünün məşhur "Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır" tezisini bir daha təsdiq etmişdir;

Ötən sərəncamlar - "sosial zərf" yaza doğru, bu sərəncamlar - "sosial zərf"sə, payıza doğru əhalinin cibinə daxil olmaqla, fəsil ayarlamasında da, bayaq dediyimiz o cana­ya­xınlığı, xəlqiliyi bir daha təsdiq, təsbit, tətbiq və təcalla etdirməkdədir.

***

Prezident İlham Əliyev tərəfindən imzalanan yeni sərəncamlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını bir daha, bir daha göstərir, sübut edir. Bu yerdə, Ümummili liderin sözlərini xatırlatmaq istərdim: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır". Dövlət başçımızın sosialyönümlü ardıcıl addımlarının mahiyyəi haqqında düşünərkən Ümumilli liderin başqa bir sözü də yada düşür: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir." - Bilirsiz, iqtisadi qanunvericilik bazası, təkmil iqtisadi stukturlar, özəlliklə infra­stuktur layihələri, hələ-hələ ölkələrarası, xalqlararası layihələr, belə hadisələrin sonuclarını ad­dım-addım, mərhələ-mərhələ hər bir vətəndaşımızın öz cibində hiss edəcəyi, rahat yaşayacağı (inqilabi qərarların qəbul ediləcəyi!) mərhələni gətirməliydi, gətirib də!

Dövlət başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin mayasında, qayəsində VƏ­TƏN­DAŞ, onun sosial təminatı, rifahının yüksəldilməsi dayanır; yeni "sosial zərf" bu mü­əy­yənliyi özündə növbəti dəfə bariz şəkildə ehtiva edir; təsadüfi deyil ki, "zərf" ümumilikdə 2 mil­yondan çox (!) insanımızı əhatə etməklə ( -həm dövlət orqanlarında, həm də özəl sektorda ça­lışan şəxslərin maddi durumunu önəmli dərəcədə yaxşılaşdırmaqla) ümumxalq, ümum­res­pub­lika və ümumgələcək xarakteri, mahiyyəti daşıyır.

Beləliklə, ən ümumi şəkli ilə ifadə etsək, dövlət büdcəsində formalaşan əlavə gəlirlərin bi­lavasitə ölkə vətəndaşlarının sosial rifahına yönəldilməsi ölkənin hərtərəfli iqtisadi inkişafı fonunda dövlət-vətəndaş güvəncəsini dərinləşdirməklə, aparılan sosial siyasətin alter­na­tivsiz ol­duğunu da bir daha sübut edir.

Dövlətimiz var olsun! Dilinizi alqışdan əskik etməyin, vətəndaşlar. - Hər alqışda bir kəramət, hər kəramətdə Tanrıya yetişmə imkanı vardır. Tanrı dövlətimizi, xalqımızı qorusun, ucaltsın və yaxın gələcəkdə Azərbaycan Prezidenti belə qərarlarının bir qismini Şuşadakı rezidensiyasından duyursun! (inşallah)

XƏBƏR LENTİ