Sosial şəbəkələr tənha qadınların psixikasını pozur
MARAQLI
12:00 08.11.2013
1151
Tənha qadınlar “Facebook”da öz uğur qazanmış dostlarının profillərinə baxmalı deyillər. ANS PRESS “The Daily Mail”ə istinadən bildirir ki, psixoloqların fikrincə, bu, onların sağlamlığına real zərbələr vura bilər.Mütəxəssis Zoi Strimpel sanır: sosial şəbəkələr daima istifadəçilərin üzərinə ideal həyat, ideal toy və ideal uşaqların şəkillərini “tökür”. Bu da insanlarda həsəd yaradır. Nəticədə insana elə gəlir ki, onun həyatı tamamilə boşdur.