Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiya vətəndaşları Zita Samoyeva və Tamara Doçenkonun məhkəməsi başlayıb.
AZXEBER.COM-un məlumatına görə, soyğunçuluqda təqsirləndirilən qadınların məhkəməsi hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilir.İttihama görə, Z.Samoyeva və T.Doçenko bu il iyunun 26-da Türkiyə vətəndaşı Mutlu Başakın əl çantasından içərisində 435 manat, iki kredit kartı və şəxsi sənədləri olan pul kisəsini oğurlayıblar.Bundan başqa, onların daha beş nəfəri soyduqları müəyyən edilib.