Soyuq hava 29 nəfərin ölümünə səbəb oldu

DÜNYA
08:41 19.01.2013
1174

Meksikada soyuqlar 29 nəfərin ölümünə səbəb olub. Bu barədə ölkənin daxili işlər nazirliyi məlumat yayıb.

Ən çox ölüm Çiuaua ştatında qeydə alınıb – 18 nəfər. Daha 6 nəfər Sonorada, hərəyə 2 nəfər Sinaloa və Miçoakanda, bir nəfər isə Koauildə həlak olub.

Birbaşa donvurmadan cəmi 10 nəfər ölüb. 17 nəfər mənzili qızdırmaq istəyərkən dəm qazından boğulublar. Daha 2 nəfər isə mənzili qızdırmaq istəyəndə baş vermiş yanğının qurbanı olublar.//APA

OXŞAR XƏBƏRLƏR