Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) avqust ayında Covid-19 yoluxmalarının bir əvvəlki ayla müqayisədə 38% artdığını və dünyada 1,4 milyondan çox yoluxma hadisəsinin baş verdiyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemioloji yenilik hesabatını dərc edib.
Müvafiq olaraq, iyulun 31-dən avqustun 27-dək olan 28 gün ərzində 1,4 milyondan çox yeni Covid-19 yoluxmasından 1800-dən çox ölüm qeydə alınıb.
Əvvəlki 28 günlük dövrlə müqayisədə yoluxmalarda 38% artım, ölüm nisbətində isə 50% azalma olub.
Bildirilir ki, qlobal miqyasda test və hesabatların azalması səbəbindən bildirilən hallar yoluxma nisbətlərini dəqiq əks etdirmir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada 770 milyondan çox Covid-19 yoluxması və epidemiya səbəbindən 6 milyon 956 min ölüm halı qeydə alınıb.
Gülay