ÜST meymunçiçəyi ilə bağlı hamilələrə xəbərdarlıq etdi

ÜST meymunçiçəyi ilə bağlı hamilələrə xəbərdarlıq etdi
SAĞLAMLIQ
16:22 04.07.2022
458
Meymunçiçəyi virusu kabusunun sürətlə yayıldığı bir zamanda Ümumdünya Səhiyyə Təşkilatından xüsusilə hamilə qadınlarla bağlı əhəmiyyətli xəbərdarlıq gəlib. ÜST-ün açıqlamasında indiyə qədər dörd hamilə qadının xəstəliyə tutulduğu ilə bağlı məlumat verilir və eyni zamanda qripə bənzər əlamətlər göstərən şəxslərdən də uzaq durmaları tövsiyə olunur.

Türkiyədə meymunçiçəyi virusu aşkar edildikdən sonra hamilə qadınlarda xəstəliyin necə irəlilədiyi maraqla qarşılanmağa başlayıb. Meymunçiçəyi virusu 50 ildən artıqdır məlum olan xəstəlik olsa da, son vaxtlar Afrikadan kənarda da müşahidə olunması ilə gündəmə gəlib.

2022-ci ilin may ayında Londonda aşkarlandıqdan sonra qısa müddətdə 50-dən çox ölkədə təxminən 3500 insana yoluxub və bir nəfər dünyasını dəyişib. Bu isə bütün dünyada yeni bir pandemiyanın başlana biləcəyinə dair narahatlıqlar yaradıb. ÜST bununla bağlı yüksək risk qrupunda olanlar barədə xəbərdarlıq edib ki, bu risk qrupuna həm də hamilələr daxildir.

Xəstəliyin əvvəlcə qripə bənzər əlamətlərlə özünü büruzə verdiyini deyən qadın xəstəlikləri və doğum üzrə mütəxəssis prof.dr. Faruk Buyru xəstəliyin əvvəlcə qızdırma, bel və əzələ ağrısı ilə özünü göstərdiyini qeyd edib.

"Xəstəlik daha sonra limfa düyünlərinin şişməsi, qaşınma və səpkilərin ortaya çıxması ilə davam edir. Xəstəlik iki-dörd həftə davam edir. İmmunitet sistemi ilə bağlı problemləri olanlar daha ağır keçirə bilirlər. Koronavirus kimi yoluxucu olmasa da, bəzi hallarda ölümcül ola bilər. Bu, təmas, bədəndən ifraz olunan maye, damcı və ya xəstə insanın istifadə etdiyi əşyalar, dəsmallar və s. ilə təmas yolu ilə ötürülə bilər. Xəstə heyvanlardan insanlara da keçmə ehtimalı var. İnsandan heyvana isə keçmir”, - deyə o bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq