ÜST: Qəzzada dəhşətli zorakılıq və iztirablara son qoyulmalıdır

ÜST: Qəzzada dəhşətli zorakılıq və iztirablara son qoyulmalıdır
DÜNYA
13:03 29.02.2024
92
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus İsrailin Qəzzaya hücumlarında həyatını itirənlərin sayının 30 mini keçdiyini ifadə edərək, zorakılığa son qoyulmalı olduğunu bildirib.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) açıqlama verilib.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus "X” sosial media platformasında yazı paylaşıb.

O, öz paylaşımında Qəzzada həyatını itirənlərin sayının 30 mini keçdiyini, əksəriyyətinin qadın və uşaqlar olduğunu bildirib.

Qəzzada 70 mindən çox fələstinlinin yaralandığını vurğulayan Qebreyesus deyib:  

"Bu dəhşətli şiddət və iztirablara son qoyulmalıdır”. 

Gülay
OXŞAR XƏBƏRLƏR