ÜST-ün baş direktoru Azərbaycan Prezidentinə təşəkkür etdi

ÜST-ün baş direktoru Azərbaycan Prezidentinə təşəkkür etdi
SOSİAL
11:05 07.04.2021
257
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

AZXEBER.COM bildirir ki, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.

ÜST-ün baş direktoru bildirib: "Hörmətli cənab Prezident, BMT İnsan Haqları Şurasında COVID-19 vaksinlərinə bərabər, əlçatan və qlobal çıxış imkanları üçün çağırışlarda təşəbbüsünüzə görə sizə təşəkkür edirəm. Mən razılaşıram ki, vaksinlərin ədalətli paylanması üçün daha çox iş görməliyik. Vaksin və sağlamlıqda bərabərlik üçün birlik zamanıdır".
OXŞAR XƏBƏRLƏR