İsrailin Fələstində mülki vətəndaşları hədəf alan hücumları davam edərkən, Birləşmiş Millətlər Təşkilatı daxilində işlərini davam etdirən Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanim Ghebreyesus açıqlama verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ghebreyesus ÜST və Birləşmiş Millətlər Təşkilatının Humanitar Koordinasiya Ofisi (UNOCHA) səlahiyyətlilərinin dünən Əl-Əqsa Xəstəxanasını ziyarət etdiklərini və çoxlu sayda yaralının təcili müalicə üçün gətirildiyinin şahidi olduqlarını bildirib.
Ghebreyesus "ÜST işçiləri Əl-Əqsa Xəstəxanasında hər yaşdan insanların qanla örtülmüş döşəmələrdə və xaotik dəhlizlərdə müalicə olunduğu ağrılı mənzərələr gördülər", - deyə bildirib.
"Qəzzadakı qırğına son qoyulmalıdır" deyən Ghebreyesus təxliyyə əmri və təhlükəsizlik olmadığı üçün 5 həkimin xəstəxanada qaldığını bildirib.
Ayşən