Stalinin qızı öldü - FOTOLAR

MARAQLI
09:11 29.11.2011
2166

Svetlana Alliluyeva ABŞ-ın Vskonsin ştatında xərçəngdən dünyasını dəyişib

İosif Stalinin qızı Svetlana Alliluyeva ABŞ-da 86 yaşında dünyasını dəyişib. Məlumatı “New York Times” qəzeti yazıb. Svetlana Alliluyeva hələ noyabrın 22-də Riçlend (Viskonsin ştatı) dünyasını dəyişsə də, ştat rəsmiləri bu barədə məlumatı bazar ertəsi açıqlayıblar. ABŞ-da Lana Piters kimi tanınan Svetlana Alliluyeva son illər mədə xərçəngindən əziyyət çəkirmiş. Svetlana Alliluyeva 1926-cı il fevralın 28-də Ümumittifaq Komunist Partiyasının (ÜKP(B)) Mərkəzi Komitəsinin baş katibi İosif Stalin və Nadejda Alliluyevanın ailəsində anadan olub. O, Moskva Dövlət Universitetinin tarix fakültəsini, Sov.İKP yanında İctiai Elmlər Akademiyasının aspiranturasını birib. Svetlana Alliluyeva təhsilini başa vurduqdan sonra ingili dili tərcüməçisi və ədəbi redaktor işləyib. 1967-ci ildə Hindistana Braceş Sinqxin dəfn mərasimində iştirak etmək üçün Hindistana gedən Svetlana Alliluyeva SSRİ-yə qayıtmaqdan imtina edib. Sonra Avropaya köçən qadının atası və Kreml həyatı barədə yazdığı “Dosta iyirmi məktub” kitabı (1967) dünya sensasiyası hesab olunmuşdu. Bir miüddət İsveçrədə yaşayan Svetlana Alliluyeva daha sonra ABŞ-a köçüb. O, 1967-ci ildə amerikalı memar V.V. Pitersə ərə gedib, bir qızı olub və sonra boşanıb. Lakin qadın boşandıqdan sonra da Piters soyadını özündə saxlayıb.

//Ans Press

OXŞAR XƏBƏRLƏR