Avro-2020-nin seçmə mərhələsində Macarıstan millisini qəbul edən Azərbaycan yığması rəqibinə 1:3 hesabı ilə uduzub.
Qarşılaşma başa çatandan sonra seçməmizin baş məşqçisi Nikola Yurçeviç məğlubiyyət şərh edib. O, futbolçuların pis oynamadığını bildirib:
"Uşaqlar pis oynamadılar. Əllərindən gələni etdilər. Sadəcə, standart vəziyyətlər həlledici oldu. Məğlubiyyətə görə, üzgünəm. Bu oyunu yaddan çıxarmaq lazımdır. Çünki 3 gün sonrda daha bir oyunumuz var. Çalışmalıyıq ki, Slovakiyaya qarşı daha yaxşı oynayaq. Azarkeşlərə göstərdiyi görə, onlara minnətdaram. İnanıram ki, Slovakiya ilə matçda öz dəstəklərini əsirgəməyəcəklər”.
//Qafqazinfo