Stilist Samir: 'Əhməd mənim canım, ciyərimdir' - FOTOLAR

MAQAZİN
15:42 07.12.2012
6868

Stilist Samir “Sevdiyim qadın” haqqında ağızdolusu danışdı. “Mən Əhmədi çoxdan tanıyıram. Biz çoxdandır ki, onunla dostluq edirik. Onun kitabının təqdimatında mütləq iştirak etməli idim və elə də oldu. Mən iş rejimimin çox olmasına baxmayaraq, onun bu önəmli günündə yanında oldum. Ümumiyyətlə, axır vaxtlar fikir verirəm ki, bizim kişilərin qadınlara qarşı münasibəti dəyişib. Amma Əhmədin yazdığı “Sevdiyim qadın” romanında qadına münasibətdə hörmət, məhəbbət hiss olunur. Mənim canım, ciyərim olan Əhmədi təbrik edirəm və yeni-yeni əsərlərlə bizi sevindirməsini arzulayıram”. Azərbaycan şou-biznesində ekstravaqant stilistlərdən hesab edilən Samir Samirolda Dekabrın 1-də Park Bulvarda Əhməd Şahidovun “Sevdiyim qadın” romanının təqdimatında AZXEBER.COM-a verdiyi açıqlamada stilistlikdə özünə rəqib görmədiyini də söyləyib: “Mən özümə bu sahədə rəqib görmürəm. Mənim işim kimi, mənim görünüşüm kimi gərək kimsə olsun. Elə bir adam mən tanımıram. Ona görə də rəqibim yoxdur”.

OXŞAR XƏBƏRLƏR