Stilist Samirin həyatı roman oldu

MAQAZİN
13:50 07.06.2013
10465

Samiraldonun həyatından bəhs edən kitab müasir ədəbi ələmdə “bomba” kimi partlayacaq.Tanınmış stilist Samiraldonun həyatından bəhs edən “Samir” romanı stilistin ad günü ərəfəsində ictimaiyyətə təqdim olunacaq. Samiraldonun ANS PRESS-ə verdiyi məlumata görə, 16 iyunda 37-ci doğum gününü qeyd edəcək: “16 iyinda dünyaya gəlsəm də ad günümü bir gün gec – 17 iyunda qeyd edəcəm. Günün birinci yarısında gözəl yazıçımız Əhməd Şahidovun məndən xəbərsiz haqqımda yazdığı kitabın media üçün təqdimatını keçirəcəm. Günün ikinci yarısında isə yaxınlarımla birlikdə doğum partimi düzənləyəcəm.”

Samiraldo həyatından bəhs edən romanın ajiotaj doğuracağından əmindi: “Əhməd Şahidov mənə bildirmədən mənim həyatımdan roman yazmaq qərarına gəlib. Maraqlı sima olduğumdan məni seçdiyini deyir. O, indiyədək haqqımda yazılanları öyrənməklə kifayətlənməyib, böyüdüyüm uşaq evinə gedib məni araşdırıb. Elə faktlar üzə çıxarıb ki. özüm də şoka düşmüşəm. Şəxsən mən çox bəyəndim, oxunaqlı romandı. Kitabın hər kəs tərəfindən seviləcəyinə inanıram.”

Yazıçı Əhməd Şahidov özü də romanının müasir ədəbi aləmdə “bomba” effekti verəcəyini deyib. Ölkənin ən tanınmış stilisti, geyimləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan Samiraldonun həyatından bəhs edəcək roman Azərbaycanda bu janrda qələmə alınmış ilk əsər olacaq. Romanda Samiraldonun həyatı, uşaqlıq illəri, yetimçiliklə boya-başa çatması və bugün tutduğu mövqe ədəbi dildə işıqlandırılacaq.

Bir sözlə, ictimaiyyətin orientasiyası barədə birmənalı fikirləri olmayan stilist Samiraldonun şəxsi həyatı barədə heç kimin bilmədiyi məqamlar bu romanda əks olunacaq. Kitabda Samiraldonun əlaqədə olduğu insanlar, gündəlik həyat tərzi və düşüncələri ifadə olunacaq. Bir sözlə, bu roman Samiraldonu ictimaiyyətə bütün çılpaqlığı ilə tanıdacaq.

Xatırladaq ki, gənc yazar Əhməd Şahidov “Sevdiyim qadın” romanının müəllifidir.

OXŞAR XƏBƏRLƏR