Stol arxasında oturanlara tövsiyə - SİYAHI

MARAQLI
19:06 16.03.2011
1851

 

İtaliyanın La Stampa gazetində çıxan xəbərə görə, Avstraliyadakı Queensland Üniversitetində aparılan bir tədqiqat, stol arxasında isləyənlərin qısa müddətli fasilələr verərək az da olsa hərəkət etmələrinin, ürək sağlamlıqlarını qorumaq üçün çox faydalı olduğunu göstərdi.

Mütəxəssislərə görə, bu fasilələr ateroskleroz ve diabet  kimi xəstəliklərdən qorunmağa da kömək edir.

Tədqiqat qurubundan Genevieve Healy, edilən fasilələrin sayına görə, bel ölçülərində esaslı fərqlilikləri müşahidə etdiyini deyir və iş yerində ara-ara ayağa qalxaraq hərəkət etməyi adət edənlərin bellərinin orta hesabla 4 santim daha incə olduğunu bildiirb..

"Sağlamlıq üçün daha çox hərəkət edin" çağırışını edən mütəxəssislərin stol arxasında işləyənlərə etdiyi diger tövsiyələr isə aşağıdakılardı:

·     -  Əgər bir iş yoldaşınızla danışmağınız lazım gəlsə zeng etmək yerinə onun yanına gedin.

·     -  Hər mərtəbədə ayaq yolu varsa, digər mərtəbədəkində istifadə etməyə  çalışın

·     -   Liftdən deyil, pilləkənlərdən estifadə etməyə çalışın

·    -  Telefonla danışarkən ayaq üstə dayanaraq danışın

OXŞAR XƏBƏRLƏR