Cari ilin 9 ayının yekununda Azərbaycanın strateji valyuta ehtiyatları 49,6 mlrd. ABŞ dolları təşkil edib.
AZXEBER.COM-un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu da ölkə iqtisadiyyatının xarici böhranın təsirlərinə qarşı dayanıqlığını artırır.Qeyd edək ki, 2012-ci ildə ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötüb, cari ilin ilk 6 ayının yekunlarına əsasən isə 47,7 mlrd. dollara bərabər olub.