"Stress, problem oldu, amma əlimdən gələni etdim"

"Stress, problem oldu, amma əlimdən gələni etdim"
MAQAZİN
11:54 19.05.2019
4892
"Eurovision 2019" təmsilçimiz Çingiz Mustafayev "Truth" mahnısı ilə yeddinci yeri tutub.
 
AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, aparıcı-müğənni və yarışmanın Azərbaycan üzrə şərhçisi Murad Arif müğənninin videosunu yayıb.

"İnstaqram-da yazırlar ki, sən bizim üçün birincisən. Sizləri sevirəm. Əlimdən nə gəldi etdim. Nə edə bilərdiksə, hamısını etdik. Gərginlik, stress, səsimdə problem oldu, amma oxudum. Kifayət qədər yaxşı oxudum", - Çingiz söyləyib. 

Qeyd edək ki, yarışmanın qalibi Niderland təmsilçisi Duncan Laurens və onun səsləndirdiyi "Arcade" mahnısı olub.  
OXŞAR XƏBƏRLƏR