Striptizlə müalicə edən həkim - VİDEO

MARAQLI
16:20 04.03.2011
2411

Amerikada 24 yaşlı psixoloq xəstələrinin müalicəsində qeyri-adi üsuldan istifadə edir. Sara Uayt adlı psixoloq xəstələrin şüuraltına enmək üçün ən qısa yolun soyunmaq olduğunu iddia edir. O, həmçinin klassik metodların xəstələr üzərində daha çox təzyiq yaratdığını deyir. Həkimin çılpaq olmasının xəstənin özünü və dünyanı daha yaxşı başa düşməsinə səbəb olduğunu deyən Sara Uayt beləcə, xəstələrin özünü daha yaxşı hiss etdiyini və özlərinə etimadlarının artdığını bildirib. 


Çılpaq həkim bu metodla xəstələrində “Əslində gizlədiləcək heç nə yoxdur” fikrini yaratdığını, bu yolla onların şüuraltında gizlətdiyi fikirləri üzə çıxardığını deyib. 

Qeyd edək ki, Uayt müalicə seanslarına internetlə başlayır. Hər seansı 150 dollar olan müalicədə həkimlə xəstə əvvəl “Skype”da əlaqə yaradır. Bu vaxt xanım Uayt xəstəsi ilə həm söhbət edir, həm də çılpaq soyunur. Hazırda 30 xəstəsi olduğunu deyən həkim müraciət edənlərin əksəriyyətinin kişilər olduğunu bildirib.

//milli.az

 

OXŞAR XƏBƏRLƏR