Süleyman Dəmirəl Bakını qarış-qarış gəzir - FOTOLAR

Süleyman Dəmirəl Bakını qarış-qarış gəzir - FOTOLAR
MARAQLI
00:54 12.10.2011
1992

Türkyənin IX prezidenti Süleyman Dəmirəl Azərbaycana səfəri çərçivəsində Dövlət Bayrağı Meydanı ilə tanış olub. Ona məlumat verilib ki, Azərbaycan prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalayıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bildirilib ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Meydan üçün seçilmiş yer Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 2010-cu il sentyabrın 1-də isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. Diqqətə çatdırılıb ki, ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılıb. Meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Qeyd edilib ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Türkiyənin IX prezidenti prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə də tanış olub. Bildirilib ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur. Sonra Süleyman Dəmirələ İlham Əliyevin Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsinə dair verdiyi tapşırıqlar əsasında Meydanın ətrafında həyata keçirilən abadlıq və tikinti-quruculuq işləri haqqında məlumat verilib. Dövlət Bayrağı Meydanından zəngin təəssüratla ayrılan hörmətli qonaq Dənizkənarı Milli Parkı gəzib. Qonağa məlumat verilib ki, Bakının ən maraqlı və spesifik təbii şəraiti olan guşələrindən biri də bulvardır. Bu məkan şəhər sakinlərinin, qonaqların ən sevdiyi yerlərdən biridir. 1998-ci il dekabrın 29-da prezident Heydər Əliyevin Sərəncamı ilə Dənizkənarı bulvara “Milli Park” statusu verilib. Bu gün Milli Park ərazisinin böyüklüyünə görə Parisin Sena çayı sahilindəki parkından sonra Avropada ikincidir. Qeyd edilib ki, son illər Milli Parkda böyük tikinti və abadlıq işləri həyata keçirilib. Bulvarın ərazisi dənizə doğru bir neçə metr genişləndirilmiş, yaşıllıq artırılmış, müxtəlif ölkələrdən gətirilmiş yeni dekorativ ağac və kollar əkilib. Parkda yeni elektrobuslar, faytonlar, dəniz gəmiləri və digər gəzinti marşrutları işləyir. Milli Parkla tanışlıq qonaqda xoş təəssüratlar yaradıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Mirzəyevin qızının SON HALI
11:09 10.05.2025
Ceyhun Mirzəyevin qızının SON HALI
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
11:00 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
10:46 10.05.2025
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
10:31 10.05.2025
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
Ağdaşda bir nəfər kanalda batıb
10:16 10.05.2025
Ağdaşda bir nəfər kanalda batıb
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
10:06 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
10:04 10.05.2025
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
10:03 10.05.2025
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10:00 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
01:47 10.05.2025
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
00:12 10.05.2025
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
00:10 10.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
23:59 09.05.2025
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
23:45 09.05.2025
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
23:38 09.05.2025
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilər - VİDEO
23:16 09.05.2025
Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilər - VİDEO