Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin öldürülməsinin ildönümü mərasimində baş verən partlayışda ölənlərin sayı 50-yə çatıb.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, məlumatı "Tasnim" yayıb.
Qeyd edilib ki, hazırda ölü və yaralılar hadisə yerindən təxliyə edilir.
İranın Kerman vilayətinin valiliyi baş verən partlayışları terror aktı adlandırıb.