2025/26 mövsümü üçün heyətini gücləndirməyə davam edən "Sumqayıt" futbol klubu daha bir transfer həyata keçirib.
AZXEBER.COM xəbər verir ki, klub beninli müdafiəçi Abdul Raşid Mumini ilə üçillik müqavilə imzalayıb.
20 yaşlı müdafiəçi yeni komandasında 25 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, bundan əvvəl "Sumqayıt" heyətini Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhaci, Rüstəm Əhmədzadə və Nikola Ninkoviçlə gücləndirib.