Sumqayıt şəhərində mağazadan oğurluq edən şəxs saxlanılıb

Sumqayıt şəhərində mağazadan oğurluq edən şəxs saxlanılıb
KRİMİNAL
14:38 20.11.2025
151

Sumqayıt şəhərində yerləşən mağazaların birində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, bir nəfər mağazada heç kimin olmamasından istifadə edərək oradan mobil telefon oğurlayıb.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı A.Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR