"Sumqayıt" yeni transferini açıqladı

"Sumqayıt" yeni transferini açıqladı
İDMAN
22:27 29.07.2025
272
"Sumqayıt" yeni transferini açıqlayıb.

Klubdan AZXEBER.COM-a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi Serbiyanın U-21 millisində çıxış etmiş hücuma meyilli yarımmüdafiəçi Nikola Ninkoviçi sıralarına cəlb edib.

30 yaşlı oyunçu karyerası ərzində İtaliyada "Cenoa", "Kyevo", "Empoli", "Askoli" və "Breşia" klublarının formasını geyinib. Onun sonuncu iş yeri ölkəsinin "Tekstilaç" klubu olub.
OXŞAR XƏBƏRLƏR