Sumqayıtda bir evdə 6 meyit tapılıb.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər.
Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə altı nəfərin meyiti aşkar edilib.
Sumqayıt Şəhər Polis İdarəsindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda işlə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.