Sumqayıtda “JEK” işçisini öldürən ağır cəza alıb

Sumqayıtda “JEK” işçisini öldürən ağır cəza alıb
SOSİAL
10:34 21.04.2018
6991

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Firuz Nəsiblinin Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Ötən il noyabrın 9-da Nuridə Həsənovanın, üzərində bıçaqla yetirilməyə xarakterik deşilmiş-kəsilmiş xəsarətləri olan olan meyiti, yaşadığı Sumqayıt şəhəri, 7-8-12 məhəllə, ev 78A, mənzil 19-da aşkar olunub.

Hadisə yeri şəhər prokurorluğu və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə olunub. 

Məlum olub ki, öldürülən qadın Sumqayıtda, Mənzil İstismar Sahəsində (MİS) işləyib. 

Ayın 16-da istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törədən Firuz Nəsibli tutulub. Məlum olub ki, onların arasında sevgi münasibətləri olub. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

///Oxu.Az
OXŞAR XƏBƏRLƏR