01:58 Bazar Ertəsi, 16 Sentyabr 2019
SOSİAL

Azərbaycanda kişidən ofisiant işləyən arvadına qarşı dəhşətli əməl - TƏFƏRRÜAT

21:16, 12.09.20198774
Azərbaycanda kişidən ofisiant işləyən arvadına qarşı dəhşətli əməl - TƏFƏRRÜAT
Kürdəmir rayonunda arvadını bıçaqlamaqda təqsirli bilinən Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Anar Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM Teleqraf.com-a istinadən xəbər verir ki, Anar Babayev 11 noyabr 2018-ci il tarixdə, saat 11 radələrində kirayədə yaşadığı Kürdəmir rayonunda, fərdi yaşayış evinin həyətində arvadı Dürsədəf Babayeva ilə mübahisə edib.

Ər-arvad arasında yaranan mübahisəyə səbəb sonununcunun kafedə işləməsi olub. O, hadisədən əvvəl arvadına kafedə ofisiant işləməsini qadağan edib. Amma qadın ərinin sözünə əhəmiyyət verməyib və kafedə işləməyə davam edib.

Hadisə vaxtı sərxoş olan Anar Babayev arvadı ilə mübahisə edib, o, arvadına bir neçə bıçaq xəsarəti yetirib.

İstintaq orqanı tərəfindən Anar Babayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Mehdixan Abdullayevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Anar Babayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Anar Babayev apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.

Anar Babayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Anar Babayevin şikayəti qismən təmin olunub və onun cəzası 2 ilə qədər endirilib.
XƏBƏR LENTİ