Süni intellekt texnologiyası bəzi iPhone-lərdə olmayacaq

Süni intellekt texnologiyası bəzi iPhone-lərdə olmayacaq
MARAQLI
10:51 10.06.2024
281
Hansı cihazların süni intellekt xüsusiyyətlərinə sahib olacağı maraq doğurur. 

AZXEBER.COM xəbər verir ki, hər iPhone bu texnologiyadan faydalana bilməyəcək.

Süni intellekt olmadan yeni texnoloji inkişaflardan danışmaq demək olar ki, mümkün deyil. "Apple” da bu yeni texnologiyanı öz cihazlarına inteqrasiya etməyə başladı. 

Hətta bəzi funksiyaları, o cümlədən "ChatGPT”ə bənzər bir çatbotu gücləndirmək üçün "OpenAI” ilə müqavilə imzalayıb. 

"Apple”ın yeni süni intellekt xüsusiyyətləri ilə iOS 18-i təqdim edəcəyi gözlənilir.

Bununla belə, hər iPhone modelində süni intellekt funksiyalarından istifadə etmək mümkün olmayacaq.

Ayşən
OXŞAR XƏBƏRLƏR