Süni intellektə sərt qaydalar gəlir - Avropa Parlamenti təsdiqlədi

MARAQLI
14:15 14.02.2024
264
Avropa Parlamentinin komitələri ChatGPT və Gemini kimi süni intellekt texnologiyalarına sərt qaydalar tətbiq edəcək yeni qanunu təsdiqləyib.
    
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, qanuna görə, Avropa İttifaqı (Aİ) ölkələrində istifadə ediləcək süni intellekt sistemləri təhlükəsiz olmalı, fundamental hüquqlara və birlik dəyərlərinə hörmət etməlidir.

Yüksək riskli süni intellekt sistemləri ilə bağlı daha sərt qaydalar tətbiq olunacaq. Məhdud riskli AI sistemləri məzmunun süni intellekt tərəfindən yaradıldığını açıq şəkildə bildirəcək ki, istifadəçilər məlumatlı qərarlar qəbul edə bilsinlər. Bu sistemlər yüngül şəffaflıq öhdəliklərinə tabe olacaq.
 
Fövqəladə hal proseduru ilə hüquq-mühafizə orqanları adətən uyğunluğun qiymətləndirilməsi prosedurundan keçməyən yüksək riskli AI alətini yerləşdirə biləcək. Polis bölmələri müstəsna və zəruri hallarda icazə ilə ictimai yerlərdə real vaxt rejimində məsafədən biometrik identifikasiya sistemlərindən istifadə edə biləcəklər. Belə süni intellekt sistemlərindən istifadə yalnız terror hücumları, cari və ya gözlənilən təhlükələrin qarşısının alınması, ən ağır cinayətlərdə şübhəli bilinən şəxslərin axtarışı kimi vəziyyətlərlə məhdudlaşacaq.

Video, mətn, şəkillər yaratmaq, başqa dildə danışmaq, kompüter kodunu hesablamaq və ya yazmaq kimi müxtəlif tapşırıqları yerinə yetirə bilən böyük sistemlərə xüsusi qaydalar tətbiq ediləcək. Bu ümumi təyinatlı süni intellekt sistemlərinin bazara çıxarılmazdan əvvəl müxtəlif şəffaflıq öhdəliklərinə uyğunluğu təmin ediləcək.

Qanun AP Baş Assambleyasının apreldə keçiriləcək sessiyasında səsə qoyulacaq. Süni İntellekt Qanunu rəsmi təsdiqlərdən 2 il sonra tam qüvvəyə minəcək. Qanunla Google-un süni intellekt modeli Gemini və ChatGPT kimi süni intellekt texnologiyaları sərt qaydalara tabe olacaq.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR