Avro-2012 nin ulduzu ata olmağa hazırlaşır. İtaliyalı maniken, şou dünyasının tanınmış şəxslərindən olan Rafaella Fiko "Mançestr Siti" və İtaliya millisinin üzvü Mario Balotellidən hamilə olduğunu açıqlayıb.Balotelli bu xəbəri İtaliya-Almaniya matçından bir gün öncə alıb. Onun atdığı 2 qolunda məhz körpənin şərəfinə olduğu iddia edilir.Qeyd edək ki, "Süper Mario" ləqəbli Balotelli Avro-2012-in ən çox diqqət çəkən oyunçularından olub. Qanalı bir ailənin uşağı olan oyunçu uşaq vaxtı italiyalı ailəyə övladlıq verilib.Ölkənin seks simvollarından biri hesab edilən Raffaella Fiko hamiləliyini may ayının ortasında öyrəndiyini deyib. "Matç öncəsi Marioya zəng etdim və bu xəbəri verdim. Mario öncə səssiz qaldı, sonra ona dünyanın ən gözəl xəbərini verdiyimi dedi. Sonrakı gündə Almaniyanın qapısına iki qol vurdu".Model hazırda soyuyan münasibətlərini yenidən canlandırmağa çalışdıqlarını deyib. Onun sözlərinə görə, Mario əyləncəli və çox yaxşı ata olacaq.
![](/file/pic/xeber/2012-07-03/118702.jpg)
![](/file/pic/xeber/2012-07-03/118706.jpg)
![](/file/pic/xeber/2012-07-03/118715.jpg)
![](/file/pic/xeber/2012-07-03/118725.jpg)